İdman

Hokkey dünyası matəm içindədir. 1995-ci il dünya çempionatının bombardiri vəfat edib

29 İyun 2024 22:59
Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın keçmiş xokkey hücumçusu Sergey Berezin 52 yaşında vəfat edib. Voskresensk əsilli milli komandanı dörd dünya çempionatında və 1994-cü ildə Norveçin Lillehammer şəhərində keçirilən Qış Olimpiya Oyunlarında təmsil edib. NHL-də 500-dən çox oyun keçirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ən məhsuldar hokkey illərini NHL-də Mats Sundin ilə "Toronto Meypl Lifs" komandasında keçirib. Ölümün səbəbi barədə məlumat verilmir.

"Toronto"da NHL-dəki ilk mövsümündə 25 qol vurub və yeni başlayanlar arasında ən çox qol vuran oyunçu olub. İki il sonra o, 37 qol və 59 xalla şəxsi rekorda imza atıb.

Ümumilikdə Berezin NHL-də 502 oyun keçirib, 160 qol və 286 xal toplayıb. Beş mövsüm "Meypl Lifs" forması geyinib, sonra "Fikils", "Monreal", "Çikaqo" və "Vaşinqton"da oynayıb.

Milli komanda səviyyəsində o, 1995-ci ildə İsveçdə keçirilən hokkey üzrə Dünya Çempionatında altı oyunda yeddi dəqiq vuruşla ən çox qol vuran oyunçu olub.

2003-cü ildə vətənə, Rusiyaya qayıdıb və burada sonuncu dəfə OMİK-də çalışıb. Daha sonra 33 yaşında karyerasını başa vurub və ABŞ-a köçüb, orada bizneslə məşğul olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.