İdman

Türkiyə millisində Gürcüstanla oyun qabağı ciddi itkilər

17 İyun 2024 10:43
Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Barsinqhauzendəki düşərgə mərkəzində məşqçi Vinçenso Montellanın rəhbərliyi altında baş tutan Türkiyə millisinin məşqi mətbuata qapalı keçirilib.

Milli.Az offsideplus.az-a istinadən bildirir ki, hələ müalicəsi davam edən İrfan Can Kahveci məşqə qatılmadığı halda, Barış Alper Yılmaz ehtiyat məqsədilə məşqə qatılmayıb.

Dünənki məşqə ehtiyat məqsədilə qatılmayan İsmail Yüksek bu gün komanda ilə birgə hazırlaşıb.

Məşqin isinmə hərəkətləri ilə başladığı, taktiki məşqlərlə yekunlaşdığı bildirilib.

Məşqi Türkiyə Futbol Federasiyasının sədr müavini Mustafa Eröğüt və Milli Komandalar İdarə Heyətinin üzvü Hamit Altıntop da izləyib.

Türkiyə millisi sabah saat 12.00-da məşqlə Barsinghauzendəki hazırlığını tamamlayacaq və saat 17.15-də Gürcüstan matçı üçün Dortmund şəhərinə yollanacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.