Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov ötən ayın əlamətdar hadisələrindən danışıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, o, rəhbərlik etdiyi qurumun saytında ənənəvi "Prezidentin qeydləri" rubrikasında fikirlərini bildirib.
Qayıbov bildirib edib ki, Avropa çempionatlarını nəzərə alsaq, ötən ay kifayət qədər gərgin və hadisələrlə zəngin olub: "Mayın əvvəlində meydan gimnastikanın ən güclü növlərindən biri üçün hazırlanmışdı. Mayın 2-5-də İtaliyanın sahilyanı Rimini kurortunda qadınlar arasında idman gimnastikası üzrə 35-ci Avropa çempionatı keçirilib. Ondan əvvəl isə kişilər arasında idman gimnastikası üzrə yarışlar baş tutub.
Nəinki medallar, həm də olimpiya vəsiqələri uğrunda yarışan gimnastlar arasında çox maraqlı mübarizə gedirdi. Qadınların idman gimnastikasında Avropa üçün ayrılmış sonuncu Paris bileti belçikalı Maelis Brassardın payına düşüb.
Bədii gimnastika üzrə Avropa çempionatı çərçivəsində biz "Elevien" şirkəti ilə müqavilə imzaladıq. Bu, idmanın yüksək inkişaf etmiş texnoloji alətlərlə ideal birləşməsini təşkil edən onlayn yarış proqramını dəstəkləməyə xidmət edir".
O əlavə edib ki, may ayı Avropada yaz mövsümünün başa çatması ilə əlamətdar olub: "Mayın 22-dən 26-dək Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə 40-cı Avropa çempionatı keçirilib. Bu, həm də 2024-cü ildə Parisdə keçiriləcək Oyunlara vəsiqə qazanmaq üçün son fürsət olub. İştirakçıların öz çıxışlarını uğurla yerinə yetirməsinə töhfə verən çox rahat mühit yaratmaq qismət oldu.
Bu zərif idman növündə çıxışları izləmək üçün dəvətimizi qəbul edən çoxlu qonaqları görmək bizi çox sevindirdi. Bu gimnastika yarışında iştiraka vaxt ayırdıqları üçün Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralosa, Avropa Su İdmanı Assosiasiyasının rəhbəri Antonio Xose Silvaya, Avropa Badminton Konfederasiyasının prezidenti Sven Serraya təşəkkürümü bildirmək istəyirəm.
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Macarıstana rəsmi səfəri çərçivəsində yarışlarımızı ziyarət etməsi bizim üçün böyük şərəfdir".
O, həmçinin Şanxayın (Çin) gimnastika ictimaiyyəti üçün növbəti yer olmasından danışıb: "Mayın 30-31-də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin iclaslarında iştirak etdim. Görüşlər zamanı komitə bədii gimnastika üzrə Çağırış kubokunun və batut gimnastikası üzrə Dünya Kubokunun qaydalarını, həmçinin yarış geyimlərinin reklamı qaydalarını təsdiq edib. Tədbirdə milli və bəzi gimnastika yarışlarının təşkilatçıları ilə bağlı bəzi dəyişikliklər də təsdiqlənib.
İyunun 1-də və 2-də gündəlikdəki məsələlərə baxmaq növbəsi Şura üzvlərinə çatıb. Şura, əsasən, Texniki reqlamentə dəyişiklikləri təsdiqlədi və Malta Gimnastika Federasiyasının növbəti iclasını təyin etdi".
Qayibov qeyd edib ki, təkmilləşdirməyə və inkişafa ehtiyacı olan çoxlu məsələlər və sahələr var: "Görünür, digər idman növləri ilə müqayisədə gimnastika aləmində hələ görüləsi işlər çoxdur. İdmanımızın marketinqində və təqdimatında əsas inkişaf prinsiplərinin müəyyən edilməsi və sərhədlərin genişlənməsi həm gimnastlarımıza, həm də tamaşaçılarımıza yeni perspektivlər gətirəcək. Bunun üçün biz irəliyə baxmalı, tənqidi yanaşmalı və təkmilləşmək üçün nə lazımdırsa, onu etməliyik. Həmişə olduğu kimi, bizim etməmiz lazım olan tək şey bacardığımız qədər planlaşdırmaq və strategiyamız üzərində birlikdə işləməkdir.
Aydındır ki, Avropa gimnastikası qarşıya qoyulan məqsəd və inkişaf baxımından uğurlu yoldadır. Təqvimlə irəlilədikcə hər bir yarışda idmanımızın populyarlığının və tələbatının artdığını görürük. Metodlarımız sınaqdan keçirildi və yalnız qlobal səviyyədə tətbiq oluna bilən qiymətli təcrübə və biliklər geridə qaldı".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun