İdman

“Sabah”ın sabiq baş məşqçisindən yeni müqavilə

29 May 2024 16:00
Baxış: 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Krasnodar" klubu Murad Musayevlə yeni müqavilə imzalanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 40 yaşlı mütəxəssis 2026-cı ilin mayına kimi bu komandanı çalışdıracaq.

Musayev 2024-cü ilin mart ayında "Sabah"dan ayrıldıqdan sonra Rusiya təmsilçisinə rəhbərlik edir. Onunla "öküzlər" 10 matça çıxıb. Klub qarşılaşmaların 5-də qələbə qazanıb, 2-də isə heç-heçə edib. Musayevin komandası 3 dəfə məğlubiyyətə üzülüb.

Qeyd edək ki, "Krasnodar" cari mövsümü 56 xalla 2-ci pillədə bitirib. 1 xal üstün olan "Zenit" isə Rusiya Premyer Liqasının qalibi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.