İdman

Vadim Vasilyevdən doğum günü İSTƏYİ

17 May 2024 18:51
Baxış: 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Belə vəziyyətdə doğum günümü ancaq evdə keçirə bilərəm".

Milli.Az bildirir ki, bunu  İdman.Biz-ə  Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev deyib.

Bu gün 52 yaşını qeyd edən veteran futbolçu doğum günündə kimlərlə olacağını açıqlayıb: "Təbii ki, bu gün ailəmlə birlikdə olacam. Kimləri tanıyıramsa hamısı məni yığıb təbrik edib. Yaxşı ki, xəbər saytları var. Onların hesabına unudulmuruq. Sağ olsunlar ki, yaddan çıxarmırlar".

O, yalnız cansağlığı istədiyini də vurğulayıb: "Tez bir zamanda sağalmağım mənim üçün ən böyük hədiyyə olar. Tam özümə gələndən sonrada yaxşı bir klubda iş tapıb orada da çalışmaq istəyirəm".

Qeyd edək ki, Vasilyev fevral ayında insult keçirib və müalicəsini davam etdirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.