İdman

Dünyanın ən yaxşı stadionları açıqlandı - Siyahıda "Bakı Olimpiya Stadionu" da var

6 May 2024 15:38
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"FourFourTwo" nəşri dünyanın ən yaxşı stadionlarının reytinq cədvəlini yeniləyib.

Milli.Az bildirir ki, 100 arenanın yer aldığı siyahıda Bakı Olimpiya Stadionu da var. 2015-ci ildə istifadəyə verilən arena 41-ci pillədə qərarlaşıb.

Siyahıya Argentinada yerləşən " La Bombonera" stadionu başçılıq edir. İkinci sırada Braziliyanın "Marakana" stadionu yer alıb. İlk "üçlüy"ü isə Almaniyanın "Borussiya Dortmund" komandasının matçlarına ev sahibliyi edən "Siqnal İduna Park" tamamlayıb.

Qeyd edək ki, 69 870 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu Azərbaycanın ən böyük arenasıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.