PSJ-nin hücumçusu Kilian Mbappe yay transfer pəncərəsində Fransa klubunu tərk edəcək.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Fransa millisinin oyunçusu, nəhayət ki, gələcəyi ilə bağlı qərar verib və karyerasını "Real Madrid"də davam etdirmək ehtimalı 100% olub.
Qeyd edək ki, daha əvvəl Kilianın artıq "Real"la 2029-cu ilə qədər müqavilə imzaladığı bildirilirdi. Hücumçunun komanda yoldaşlarına və PSJ-nin məşqçilər heyətinə cari mövsümün sonunda klubu tərk edəcəyini dediyi də qeyd olunurdu. Öz növbəsində "Real Madrid"in prezidenti Florentino Peres Karlo Ançelottinin məşqçilər heyətinə Mbappenin komandanın yeni oyunçusu olacağı barədə məlumat verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun