İdman

Arif Əsədovun “Spartak”dakı 45 dəqiqəsi

25 Mart 2024 11:30
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bolqarıstan millisi ilə üz-üzə gələcək Azərbaycan yığmasını matça çıxaracaq Arif Əsədov bu rəqiblə tanışdır.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 54 yaşlı mütəxəssis futbolçu kimi Bolqarıstanla görüşün iştirakçısı olub.

O, 2000-ci ilin iyulun 26-da iki yığma arasında yoldaşlıq oyununda iştirak edib. Bu, Azərbaycan və Bolqarıstan millilərinin tarixdəki ilk görüşü olub.

Qarşılaşma Varnadakı "Spartak" stadionunda baş tutub. Baş məşqçi İqor Ponomaryov Əsədova start "11-liy"ində şans verib. 45 dəqiqədən sonra onu Ədəhim Niftəliyev əvəzləyib.

Qeyd edək ki, Varnadakı matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.