İdman

UEFA “Qarabağ”ın Almaniyadakı oyunundan yazdı

15 Mart 2024 15:40
Baxış: 1 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın rəsmi saytı Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer" və "Qarabağ" komandaları arasında keçirilmiş cavab oyunundan (3:2, ilk oyun 2:2) yazıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, UEFA  Ağdam klubunun mübarizəsini xüsusi qeyd edib:

"Bayer" ardıcıl ikinci dəfə Patrik Şikin vurduğu qollar sayəsində "Qarabağ"la görüşdə məğlubiyyətdən xilas oldu. Leverkuzenlilər Abdellah Zubir və Juninyonun qollarından sonra sensasiyalı şəkildə məğlub olurdu. İkinci qol isə 62-ci dəqiqədə Elvin Cəfərquliyevin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra oldu.

Lakin Jeremi Frimponq tezliklə Azərbaycan çempionunun qapısına yol tapdı və əsas vaxtın üçüncü, səkkizinci dəqiqələrində Şik Xabi Alonsonun komandasına inanılmaz geri dönüş təmin etdi. Bundesliqanın lideri bütün turnirlərdə məğlubiyyətsiz olmağa davam edir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.