İdman

“Qarabağ” – “Bayer” oyununda anşlaq: bu sayda bilet satıldı

2 Mart 2024 15:02
Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ" - "Bayer" oyununa satılan biletlərin sayı bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Matın 7-də keçiriləcək görüşə 5 gün qalsa da, artıq biletlər bitmək üzrədir. 27 min azarkeş istəyinə çatıb. Onlar Bakıda keçiriləcək ilk görüşə bilet əldə ediblər.

Məhdud sayda qalan biletlərin qısa müddətdə başa çatacağı gözlənilir. Bu isə o deməkdir ki, arenada növbəti anşlaq olacaq.

Fanatlar biletləri "Iticket.az"ın satış məntəqələri, "Park Bulvar"dakı "Qarabağ" FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında əldə edə bilərlər. "Changan Azerbaijan"da isə VVIP, VIP və CAT 1-də biletlər satılır.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.