İdman

Avropa çempionunun paylaşımı: “Həmişə qalib olmursan”

18 Fevral 2024 14:30
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı güləşçi Rafiq Hüseynov Avropa çempionatında uğursuz çıxışı ilə bağlı paylaşım edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 3 qat Avropa çempionu zədənin ona mane olduğunu bildirib.

Rafiq paylaşımında komandanın son məşqində zədə aldığını deyib: "Təəssüf ki, Avropa çempionatında çıxışım uğurlu alınmadı. İdmanın maraqlı tərəfi də budur ki, həmişə qalib olmursan. Məhz qələbənin də ləzzəti bundadır. Təbii ki, hər məğlubiyyətin bir səbəbi vardır. Məlum olduğu kimi son məşqdə aldığım zədə məni 4-cü Avropa qızılından məhrum etdi. Üzərimdə zəhməti olan, yığma komandanın bütün məşqçilərinə, tibb personalına, mənə azarkeşlik edən hər birinə öz təşəkkürümü bildirmək istəyirəm".

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmanın üzvü qitə çempionatında keçirdiyi hər 2 görüşdə uduzaraq, mübarizəni erkən dayandırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.