İdman

“Liverpul” “Çelsi”ni darmadağın etdi

1 Fevral 2024 09:11
Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi oyununda "Liverpul" öz meydanında "Çelsi"ni darmadağın edib.

Milli.Az report-a istinadən xəbər verir ki, "Enfild" stadionunda baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Liverpul"dan Dioqo Jota, Konor Bredli, Dominik Soboslai və Luis Dias fərqlənib, qonaqların yeganə qolunu isə Kristofer Nkunku vurub.

"Liverpul" bu mövsüm 22-ci oyunda 15-ci qələbəsini qazanıb və 51 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir. Yurqen Kloppun yetirmələri sentyabrın 30-dan bəri İngiltərə Premyer Liqasında uduzmur və "Çelsi" üzərində qələbə "Liverpul"un məğlubiyyətsizlik seriyasını 15 oyuna çatdırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.