İdman

Messi "Barselona"ya bu baş məşqçini məsləhət gördü

29 Yanvar 2024 18:31
Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nı çalışdırmağa daha bir namizədin kimliyinə aydınlıq gəlib. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Xavi Ernandes getdikdən sonra kataloniyalıların baş məşqçi postunu Argentina millisinin hazırkı çalışdırıcısı Lionel Skaloni tuta bilər. 

İnformasiyanı "Todofichajes" yayıb. Mənbənin iddiasına görə, 45 yaşlı çalışdırıcını "Barselona" rəhbərliyinə şəxsən İspaniya nəhənginin sabiq ulduzu Lionel Messi tövsiyə edib. Messi bildirib ki, Skalonun gəlişi argentinalı futbolçuların komandaya transferini asanlaşdıracaq. 

Lionelin Argentina millisi ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. Bununla belə, o, bu yay keçiriləcək Amerika Kubokundan sonra milli komandanı tərk etmək niyyətindədir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.