İdman

Ramil Şeydayevin Türkiyədə debütü uğurlu oldu

29 Yanvar 2024 07:40
Baxış: 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin "Kocəlispor" klubunda debüt edib.

Milli.Az xəbər verir ki, o, komandasının I Liqanın 20-ci turunda səfərdə "Altay"a 2:0 hesabı ilə qalib gəldiyi matça start heyətdə başlayıb və sonadək meydanda olub.

27 yaşlı forvard 40-cı dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, "Kocəlispor" turnir cədvəlində 39 xalla 3-cü pillədə qərarlaşıb

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.