İdman

"Real" ultimatum verdi, Mbappe qəzəbləndi - Gözlənilməz qərar

15 Yanvar 2024 17:43
Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"PSJ"nin fransalı hücumçusu Kilian Mbappe ona təklif edilən şərtlərlə maraqlandığı üçün hazırkı komandada qala bilər.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "LEquipe" nəşri məlumat yayıb.

Bildirilib ki, yanvarın əvvəlində məzuniyyətdən sonra Mbappenin "PSJ"nin prezidenti Nasser Əl-Xelaifi ilə keçirdiyi görüşdə müqavilənin şərtləri müzakirə olunub.

Onun həmçinin klubda qalmaq səbəbi "Real Madrid"in Mbappe qarşısında qoyduğu ultimatum ola bilər. Belə ki, futbolçu yanvarın sonuna kimi Madrid klubuna keçib-keçməməsi barədə məlumat verməlidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.