İdman

Argentina millisi buna görə turnirlərdən kənarlaşdırıla bilər

10 Yanvar 2024 20:36
Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisi ölkə Prezidenti Xavyer Mileyin təklifi səbəbindən beynəlxalq turnirlərdən kənarlaşdırıla bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə AS portalı öz mənbələrinə istinadla xəbər verib.

Bildirilib ki, Miley ölkə başçısı seçilən kimi milli klubların idman səhmdar cəmiyyətlərinə çevrilə biləcəyini deyib. Bu məsələ təcili ehtiyac haqqında fərmanda öz əksini tapıb.

Argentina İdman Konfederasiyası (CAD) Mileyin təklifinə qarşı çıxıb, çünki Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Futbol Federasiyasının qaydalarına əsasən, dövlətin idman qurumlarının fəaliyyətinə müdaxiləsinə görə ciddi cəzalar nəzərdə tutulub. Müdaxilə səbəbindən Argentina millisi Amerika Kuboku və Parisdə keçiriləcək Olimpiya Oyunlarından kənarlaşdırıla bilər.

Xatırladaq ki, dekabrın 20-də Miley xalqa müraciət edərək, iqtisadiyyatın yenidən requlyasiyasına yönəlmiş islahatlarla fövqəladə fərman imzaladığını açıqlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.