İdman

Superkubok oyunun ləğvi ilə bağlı Səudiyyə şirkətindən İLK AÇIQLAMA - FOTO

30 Dekabr 2023 10:14
Baxış: 11 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan "Qalatasaray" və "Fənərbağça" arasında Superkubok finalının ləğvindən sonra matçın təşkilatçısı "Riyadh Season"dan ilk açıqlama gəlib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, final qarşılaşması hər iki klub futbolçularının Atatürk yazılı köynəklərlə matçdan əvvəl isinmə hərəkətləri etmək istəməsi səbəbindən ləğv edilib.

"İlk növbədə qardaş Türkiyə Cümhuriyyəti ilə müxtəlif sahələrdə sıx əlaqələrimizdən qürur duyduğumuzu vurğulamaq istərdik. Matçın kənar şüarlar olmadan keçirilməsini tələb edən reqlamentə əməl olunacağını gözləyirdik. Bu məsələ xüsusilə TFF ilə görüşlərdə müzakirə olunmuşdu.

Türkiyə Cümhuriyyətinin statusunun tanınması üçün Türkiyə Respublikasının dövlət himninin səsləndirilməsi, stadionda və tribunalarda türk bayraqlarının nümayişi ilə bağlı razılığa gəlmişdik. Buna baxmayaraq, hər iki komandanın razılaşmaya əməl etməməsi təəssüf doğururdu ki, bu da matçın keçirilməməsinə səbəb oldu" -deyə şirkətdən bildirilib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.