Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri təqdim edən "Cloudflare" şirkətinin infrastrukturunda genişmiqyaslı texniki nasazlıq qeydə alınıb.
Milli.Az xəbər verir ki, problem səbəbindən dünyanın müxtəlif ölkələrində çox sayda internet resursuna giriş çətinləşib.
Xüsusilə bir sıra xəbər saytları, "X" sosial şəbəkəsi, "Spotify" musiqi platforması," Amazon"un müxtəlif veb xidmətləri, eləcə də "ChatGPT" fəaliyyətində fasilələr müşahidə olunur.
İstifadəçilər bu resurslara daxil olarkən yüklənmə və bağlantı problemləri ilə qarşılaşdıqlarını bildirirlər.
Qeyd edək ki, hazırda Azərbaycanda da bəzi saytların açılmasında çətinlik yaşanır.
Milli.Az





