Putin Kremldən Paşinyana xəbərdarlıq etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirlərdən sonra Kremldə ayaqüstü mətbuat konfransında Ukraynaya qarşı müharibə və Yaxın Şərqdəki gərginlikdən danışarkən Ermənistanın Baş naziri Nikol Paşinyana da xəbərdarlıq mesajı göndərməyi unutmayıb. Kreml sahibi Paşinyanla son görüşündə ona söylədiyini bir daha təkrarlayıb: "Ermənistan Avrasiya İqtisadi İttifaqında üzvlüklə Avropa Birliyinə inteqrasiya kursu arasında seçim etməlidir".
Milli.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
"Ancaq Vladimir Putin bu dəfə mövzuyla bağlı iki əlavəsini də edib. Birincisi, Rusiya prezidentinin sözlərinə görə, İrəvan Avropa istiqamətini seçəcəyi təqdirdə Rusiya ilə "yumşaq və mədəni ayrılıq" baş verəcək. İkincisi, Putin Paşinyana Ermənistanın Avropa inteqrasiyası məsələsiylə bağlı referendum keçirməyi təklif edib. Putin bunları deyərkən, erməni cəmiyyətinə də mesaj göndərib: "Ermənistan Avrasiya İiqtisadi İttifaqında ciddi üstünlüklər əldə edib". Yəni Putin erməni cəmiyyətini xəbərdar edib ki, Paşinyan referendum keçirərsə və ermənilər Avropa Birliyinə inteqrasiya kursuna üstünlük verərlərsə, itirəcəkləri olacaq. Putin bunu açıq deməsə də, Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldıracağını da nəzərdə tutub.
Nikol Paşinyan parlament seçkilərində qələbə qazanarsa, ilk növbədə Konstitusyanı dəyişdirib Azərbaycanla sülh sazişi imzalamaq və Türkiyə ilə sərhədin açılmasını və bu ölkə ilə ticarətin başlamasını təmin etməyə çalışacaq. Bununla paralel olaraq "Tramp yolu"nun tikintisinə başlanacaq. Əlbəttə, Nikol Paşinyan Rusiyanın yerinə Avropa İttifaqı ilə inteqrasiyanı seçmək istəyər, ancaq reallıq budur ki, İrəvan istəsə belə, Ermənistan qısa zaman kəsiyində AB-nin üzvü olmayacaq. Bunu Paşinyan da anlayır, Putin də. Ona görə də Putin "seçim et" tələbiylə Paşinyanı küncə sıxmağa və bu yolla Ermənistandakı radikal müxalifətin əlini gücləndirməyə çalışır", - politoloq vurğulayıb./axar.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukraynaya məxsus MiQ-29 qırıcı təyyarəsi itdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi oldu
-
Soros universitetinin qayıdışı: Bu əməliyyatın arxasında nə durur?
-
Kadir İnanırın son istəyi nə olub? - Qardaşı oğlu danışdı
-
Ukrayna “Flaminqo” raketlərindən istifadə edib?
XƏBƏR LENTİ
-
Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
-
Ukraynaya məxsus MiQ-29 qırıcı təyyarəsi itdi
-
Ölkənin bir sıra rayonlarında leysan davam edir - Faktiki hava açıqlandı
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi oldu
-
Yeşilçamın “Al Yazmalı”sından Kadir İnanıra son vida - (Foto)
-
Azərbaycan XİN Cibutinin təbrik etdi
-
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
-
İtkin düşən şəxsin meyiti Şabranda göldən tapıldı
-
Bakıda ağır qəza: Dirək aşaraq avtomobilin salonuna girdi - VİDEO
-
"100 minə görə 4 balamı anasız qoyursunuz" - (Video)
-
Fidan Hacıyevanın Vokal Məktəbində dünya şöhrətli Tamara İverinin ustad dərsi keçirildi - (Video/Foto)
-
Bakıda və Abşeronda yağışlı hava davam edəcək - Proqnoz
-
II Opera Günləri layihəsi çərçivəsində “Əsrlərdən gələn irs” adlı konsert proqramı təqdim olundu - (Foto)
-
Soros universitetinin qayıdışı: Bu əməliyyatın arxasında nə durur?
-
Cəlilabadda ev yandı
-
“Qarabağ”ın sabiq ulduzu Leandro Andrade yeni klubuna keçdi
-
Kadir İnanırın son istəyi nə olub? - Qardaşı oğlu danışdı
-
Ukrayna “Flaminqo” raketlərindən istifadə edib?
-
Bakı-Sumqayıt yolunda yük maşınının qapısı sınıb yola düşdü - VİDEO
-
İran XİN ABŞ-ı 18 iyun memorandumunu pozmaqda ittiham etdi
-
Rusiya vətəndaşlığı üçün rüsum 12 dəfə artırıldı
-
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - (Foto)





