İdman

"Qalatasaray" - "Fənərbaxça" matçı baş tutmaya bilər - Ərəblərdən Atatürk qadağası

29 Dekabr 2023 21:42
Baxış: 1 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Türkiyə Superkubokunda "Qalatasaray"la "Fənərbaxça" arasında Səudiyyə Ərəbistanında keçiriləcəyi gözlənilən oyun öncəsi gərginlik yaşanıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistani hökuməti klublara qadağa tətbiq edib. 

Məsələ ondadır ki, komandalar oyundan əvvəl meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırıblar. Lakin yerli hökumət buna qarşıdır.  Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər və oyun üçün stadiona getməyiblər.

Qeyd edək ki, paytaxt Ər-Riyadda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" qarşılaşmasının Bakı vaxtilə saat 21:45-də başlanması gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.