İdman

Qvardiola Ançelottini qabaqladı, rekord qırdı

23 Dekabr 2023 08:48
Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onun komandası klublararası dünya çempionatının finalında Braziliya "Fluminense"sini 4:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. 

"Opta"nın yaydığı məlumata görə, bununla da Xosep Qvardiola karyerasında 4-cü dəfə klublararası dünya çempionatının qalibi olub. Bu isə rekord deməkdir. O, "Real" ilə 3 dəfə klublararası dünya çempionatını qazanan Karlo Ançelottini qabaqlayıb.

Xatırladaq ki, Qvardiola 2009-cu və 2011-ci illərdə "Barselona" ilə, 2013-cü ildə isə "Bavariya" ilə bu titulu əldə edib.

Əlavə edək ki, ilk klublararası dünya çempionatı 2000-ci ildə keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.