İdman

“Qəbələ” də 1/4 finala adladı

19 Dekabr 2023 19:44
Baxış: 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

Günün ilk matçı "İrəvan"la "Araz-Naxçıvan" arasında keçirilib. 10 qolun vurulduğu bu matçda Muxtar Respublika təmsilçisi darmadağınla mərhələ adlayıb.

Digər qarşılaşma isə "İmişli" və "Qəbələ" komandaları arasında baş tutub. Qəbələnin eyniadlı təmsilçisi bu görüşün son dəqiqələrində vurulan yeganə qolla mərhələ adlayıb.

Daha öncə "Sabah" və "Sumqayıt" 1/4 finala vəsiqəni təmin ediblər.

Azərbaycan Kuboku

1/8 final

19 dekabr

"İrəvan" - "Araz-Naxçıvan" 2:8

Qollar: Vüsal Qənbərov, 16. Vüsal Əsgərov, 37 - Aksel Nqando, 24; 43; 45+4-pen. Orxan Əliyev, 25; 51. Miço Kuzmanoviç, 73. Elvis Maşike, 80; 83.

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov

"ASK Arena", 13:00.

"İmişli" - "Qəbələ" 0:1

Qol: Mehrac Baxşalı, 90+3.

Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov

Qəbələ şəhər stadionu, 16:00.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.