İdman

"Qarabağ" "Neftçi"yə "gözünü açmağa" imkan vermədi - YENİLƏNİB

18 Dekabr 2023 22:05
Baxış: 1 040
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

22:05
-------
Milli.Az xəbər verir ki, matçın son dəqiqələrində Keyta meydan sahiblərinin ikinci qoluna imza atdı: 2-0. Qarşılaşma elə bu hesabla da başa çatdı.

21:37

-------
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunda üz-üzə gələcək "Qarabağ" və "Neftçi"nin start heyətləri açıqlanıb.

Milli.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 6. Julio Romao, 15. Leandro Andrade.

"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.

***

"Qarabağ" - "Neftçi" matçı start götürdü.

***

Benzia 71-ci dəqiqədə "Qarabağ"ı hesabda önə keçirdi: 1-0.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.