İdman

"Fənərbağça"dan qəribə addım - Bu şəxslər stadiona girə bilməz

2 Dekabr 2023 18:22
Baxış: 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Fənərbağça" klubu "A Haber" və "A Spor"un stadiona girişinə qadağa qoyub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda klub açıqlama yayıb.

"A Spor" telekanalında şərh vermək adı altında şəxsi reklamını etməyə cəhd edən şəxs haqqında açıqlama vermək məcburiyyəti yaranıb.

Ozan Zeybek adlı şəxs bu gün ekranda göstərdiyi rəftarla həddini aşıb. Şəxsi rəy çərçivəsində dəyərləndirə bilmədiyimiz və hüdudlarını tamamilə aşmış bu münasibətdən çıxış edərək cəmiyyətə bildirmək istərdik ki, eyni ekranlarda üzr istəməyincə, bu gündən etibarən aidiyyatı qurumun heç bir məsul şəxsini heç bir obyektimizə qəbul etməyəcəyik", - açıqlamada qeyd olunub.

Qeyd edək ki, "A Spor" kanalında şərhçi olaraq "Fənərbağça" və İsmayıl Kartalın gedişatını şərh edən Zeybek İsmayıl Kartal və "Fənərbağça" rəhbərliyini həm tənqid edib, həm də ələ salıb. Zeybekin şərhləri "Fənərbağça" tərəfindən sərt qarşılanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.