İdman

Fatih Terim Azərbaycan millisində?

26 Noyabr 2023 17:25
Baxış: 1 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Azərbaycan millisinə rəhbərlik edə bilər.

Milli.Az futbolpress.az-a istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis menecerlər vasitəsilə AFFA-ya təklif olunub. Qurum Terimin namizədliyini nəzərdən keçirir, ancaq qərar verməyə tələsmir.

AFFA-nın baş katibi Sərxan Hacıyev daha əvvəl açıqlamasında milliyə Azərbaycan mentalitetinə uyğun məşqçi gətirmək istədiklərini bildirib. AFFA İcraiyyə Komitəsi bu posta namizəd yerli və əcnəbi məşqçilərin siyahısını hazırladıqdan sonra yekun qərarı verəcək.

Terim 2022-ci ilin yanvarından işsizdir. Mütəxəssis 1999/2000 mövsümündə "Qalatasaray"la UEFA Kubokunu qazanıb. O, "sarı-qırmızılar"la 8 dəfə Super Liqada, 3 dəfə Türkiyə kubokunda, 4 dəfə də Türkiyə Superkubokunda qalib olub.

1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə ölkəsinin millisinə rəhbərlik edən Terim İtaliyada "Milan" və "Fiorentina"da da işləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.