Fransanın PSJ klubu Qonçalo Ramosun transfer hüququna yiyələnib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Paris təmsilçisi 22 yaşlı forvard üçün Lissabon təmsilçisinə 65+15 milyon avro ödəyəcək.
Müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Q. Ramos PSJ-nin heyətində meydana çıxdığı 15 matçda 2 qol və 1 məhsuldar ötürmə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun