İdman

Messi və Ronaldu yenə üz-üzə gələcəklər

22 Noyabr 2023 11:52
Baxış: 2 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lionel Messinin çıxış etdiyi MLS komandası "İnter Mayami" və Kriştianu Ronaldunun formasını geyindiyi Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" yoldaşlıq görüşündə üz-üzə gələcəklər.

Milli.Az fanat. az-a istinadən xəbər verir ki, "GZT Spor"a istinadən xəbər verir ki, Ronaldu və Messinin bu görüşdə meydanda olması planlaşdırılıb.

Xəbərə görə, təcrübəli superulduzlar 2024-cü ilin fevralında keçiriləcək Riyad Mövsüm Kubokunda qarşılaşacaqlar. Mənbə matçın "Kingdom Arena" stadionunda baş tutacağını bildirib. 

Qeyd edək ki, yanvarın 19-da PSJ və "Səudiyyə Ulduzları" komandaları üz-üzə gəlib. Oyun Paris təmsilçisinin  5:4 hesablı qələbəsi ilə bitib. Həmin göreşdə Lionel 1, Kriştianu  isə 2 qol vurub.

Ronaldu və Messi son dəfə rəsmi duelə 2020-ci ilin 8 dekabr tarixində çıxıblar. Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində portuqaliyalının şərəfini qoruduğu "Yuventus" "Kamp Nou"da Messili "Barsa"nı 3:0 hesabı ilə darmadağın etmişdi. Ronaldu darmadağına dublla töhfə vermişdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.