İdman

Futbolçunun meyiti dəniz kənarında tapıldı - FOTO

8 Noyabr 2023 17:31
Baxış: 2 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı futbolçu Aleksey Lesin 30 yaşında vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu oyunçunun atası Sergey Lesin "RİA Novosti"yə açıqlamasında deyib.

O bildirib ki, oğlunun meyiti Soçidə dəniz kənarında tapılıb. S.Lesin "Bomik" klubunda çıxış edən A.Lesinin ölümündən əvvəl komanda daxilində problem yaşadığı üçün düşərgədən ayrıldığını və dəniz boyu gəzintiyə çıxdığını bildirib. Sergey Lesin əlavə edib ki, həmin vaxt oğlunun əlində olan bel çantası tapılmayıb.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.