İdman

Evi qarət etdilər, Neymarın sevgilisini və yeni doğulmuş körpəsini…

8 Noyabr 2023 11:39
Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya millisinin və "Əl-Hilal"in futbolçusu Neymarın sevgilisini və yeni doğulmuş qızını qaçırmağa cəhd ediblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu " O Globo" məlumat yayıb.

Nəşrin məlumatına görə, insident Braziliyanın Kotia şəhərində (San-Paulu ştatı) baş verib. Təxminən gecə saat üç radələrində hücumçular Bruna Biankardinin (Nyemarın sevgilisi) valideynlərinin evinə daxil olub, onların ağzını bağlayıb, həmçinin onları silahla hədələyiblər.

Nə isə baş verdiyindən duyuq düşən qonşular polisə müraciət ediblər. Oğurluq edənlərdən birinin 19 yaşlı həmin rayon sakini olduğu məlum olub. Qalanları isə qənimətlə qaça biliblər: zinət əşyaları, bahalı saatlar, ümumi dəyəri 120 min dollar olan dizayner çantaları. O da məlumdur ki, cinayətkarlar Neymarın sevgilisi Bruna Biankardinin və onların yeni doğulmuş qızının harada olduğunu soruşublar.

"Brunanın anasını girov saxladılar, uşağın harada olduğunu soruşdular. Mən başa düşdüyüm kimi, qızıl-zinət əşyalarının harada olduğunu öyrənmək üçün bunu istədilər. Qadından qiymətli əşyaların harada olduğunu göstərməsini istədilər. Qadın seyfdə olduğunu göstərdi. Seyfdə pul yox idi. Onlardan biri soruşdu: "Nə deyirsən, Neymarın qayınanasının evdə pulu yoxdur?", - məlumatda bildirilir.

Neymar və Biankardinin özləri sosial şəbəkələrdə hər şeyin qaydasında olduğunu bildiriblər.

Oktyabrın 7-də Neymar və Biankardinin Mavia adlı qızı dünyaya gəlib. Futbolçunun keçmiş sevgilisi Karolina Dantasdan Davi Luka adlı oğlu da var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.