Portuqaliyalı mütəxəssis Nunu Espiritu-Santu Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunu tərk edib.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayaraq ayrılığı rəsmən təsdiqləyib.
49 yaşlı mütəxəssis 2022-ci ilin iyulundan Kərim Benzema və Nqolo Kantenin çıxış etdiyi kluba rəhbərlik edirdi. Ötən mövsüm komanda ilə birlikdə o, ölkə çempionu olub. Lakin son aylar onun "Əl-İttihad"da işləri yaxşı getmirdi. Belə ki, komanda bu il sentyabrın 21-dən bəri cəmi bir qələbə qazana bilib.
"Əl-İttihad"ın Eşpiritu-Santunun yerinə iki ulduz mütəxəssislə danışıq aparıldığı bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun