İdman

Fatih Terim fantastik təklifi qəbul etdi - bu kluba gedir

5 Noyabr 2023 11:28
Baxış: 1 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur türkiyəli mütəxəssis Fatih Terimlə bağlı yeni xəbər yayılıb.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, 70 yaşlı çalışdırıcı Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu ilə anlaşdığı bildirilir. Məlumata görə, tərəflər 3 illik müqavilə barədə razılığa gəlib. Terimin illik 20 milyon avro məvacib alacağı qeyd edilib.

Qeyd edək ki, transfer dövründə "Əl-Əhli" rəhbərliyi Edouard Mendi, Riyad Mahrez, Allan Saint-Maximin, Frank Kessie, Roger İbanez, Merih Demiral və Qabri transferi üçün təxminən 200 milyon avro xərcləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.