İdman

40 illik fasilədən sonra Olimpiya Oyunlarına lisenziya qazandı

2 Noyabr 2023 18:03
Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuelalı güllə atıcısı Leonel Martines 40 il sonra Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki,  60 yaşlı idmançı bu uğura Panamerikan oyunlarında nail olub. 

Sonuncu dəfə 1984-cü ildə - 20 yaşı olarkən Olimpiya Oyunlarında iştirak edən atlet Parisdəki turnirə qatılacaq. 

Olimpiya Oyunları tarixində ən böyük fasilə yapon idmançı Xirosi Xokesuya məxsusdur. İlk dəfə o, 1964-cü ildə at yarışlarında çıxış etmişdi. Üstündən 44 il keçdikdən sonra isə yenidən Olimpiya Oyunlarına qatılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.