İdman

Bədii gimnastika üzrə Azərbaycan birinciliyinin qalibləri mükafatlandırıldı - FOTO

27 Oktyabr 2023 21:12
Baxış: 1 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 27-də Quba Olimpiya İdman Kompleksində (OİK) bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinə yekun vurulub. Birincilikdə 122 fərdi gimnast və 9 qrup komandası ölkənin ən güclüsü adı uğrunda mübarizə aparıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iki gün davam edən yarışda balacalar, yeniyetmələr və gənclər olmaqla 3 yaş kateqoriyasında qaliblər müəyyənləşib.

Bütün qaliblər Azərbaycan Gimnastika Federasiyası tərəfindən medal və diplomla mükafatlandırılıb.

Azərbaycan birinciliyində "Ocaq Sport" Klubunun paytaxtla yanaşı, Şamaxı və Zaqatala bölmələri, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Su İdmanı Sarayı, "Zabrat" İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Abşeron OİK, Gəncə OİK, Göyçay OİK, Lənkəran OİK, Masallı OİK, Qusar OİK, Şirvan OİK, Şəmkir Gənclər Evi və Naxçıvanı təmsil edən gimnastlar iştirak ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.