İdman

“Xankəndi” minifutbol komandası yaradılır

26 Oktyabr 2023 12:07
Baxış: 1 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə milli komandamızın sabiq üzvlərinin minifutbol üzrə ölkə çempionatında çıxış edəcəyi barədə məlumat yayılmışdı. Karyerasını başa vuran Əfran İsmayılovun yaratdığı komandanın adı artıq müəyyənləşib.

Milli.Az xəbər verir ki, bu barədə sabiq futbolçu Publika.az-a məlumat verib.

Ə.İsmayılov Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovla görüşdə komandanın "Xankəndi" adıyla çıxış etməsinə qərar verildiyini bildirib.

Federasiya rəhbəri ötən gün ilk məşqini keçirən futbolçulara dəstək olacaqlarını bildirib. Məşq edilməsi üçün şərait yaradılacaq və digər məsələlərdə köməklik göstəriləcək.

Əfran İsmaylovun sözlərinə görə, əsas planlardan biri də yaxın gələcəkdə "Xankəndi"nin təmsil etdiyi şəhərdə ev oyunlarını keçirməsi və rəqiblərini orada qəbul etməsidir.

Federasiya rəhbərliyi bununla bağlı da addımlar atacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.