İdman

MDB ölkələri oyunlarının bayrağı Azərbaycana təhvil verildi

13 Avqust 2023 23:36
Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müstəqil Dövlətlər Birliyinin bayrağı 2025-ci ildə Azərbaycanda keçiriləcək Oyunların təşkilat komitəsinə təntənəli şəkildə təhvil verilib.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, MDB-nin baş katibi Sergey Lebedev MDB ölkələrinin II Oyunlarını qapalı elan edib.

Oyunların rəsmi bayrağının təhvil verilməsi mərasimində Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iştirak ediblər.

Sergey Lebedev çıxışı zamanı qeyd edib ki, istənilən sanksiya maneələrinə baxmayaraq, on gün ərzində Belarusda idman, sülh və dostluq hökm sürüb: "MDB ölkələrinin ikinci Oyunlarında iştirak etmək üçün Belarusa təkcə Birlikdən olan dostlarımız deyil, 13 uzaq xarici ölkədən idmançılar gəlib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.