İngiltərə futbol millisinin hücumçusu Harri Keyn "Tottenhem" klubundan Almaniyanın "Bavariya" komandasına keçib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytında bildirilib.
Məlumata görə, H.Keynin komanda ilə müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədər olacaq.
30 yaşlı Harri Keyn "Tottenhem" akademiyasının yetirməsidir. London komandasının heyətində o, son 19 il ərzində çıxış edib.
Harri Keyn, həmçinin 58 qolla İngiltərə yığmasının bombardiridir.
Milli.Az