"Tottenhem"in hücumçusu Harri Keyn "Bavariya"ya keçib

12 Avqust 2023 19:54

İngiltərə futbol millisinin hücumçusu Harri Keyn "Tottenhem" klubundan Almaniyanın "Bavariya" komandasına keçib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytında bildirilib.

Məlumata görə, H.Keynin komanda ilə müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədər olacaq.

30 yaşlı Harri Keyn "Tottenhem" akademiyasının yetirməsidir. London komandasının heyətində o, son 19 il ərzində çıxış edib.

Harri Keyn, həmçinin 58 qolla İngiltərə yığmasının bombardiridir.

Milli.Az