İdman

Dünya Kuboku: İlk gündə 8 şahmatçımız qələbə qazandı

31 İyul 2023 00:28
Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda şahmat üzrə Dünya Kubokunda ilk raundun birinci görüşləri başa çatıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, birinci oyun günündə 15 şahmatçımız mübarizəyə qoşulub.

Azərbaycan şahmatçılarından Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Eltac Səfərli, Mİsrəddin İskəndərov, Vüqar Əsədli, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva ilk partiyalarını qələbə ilə başa vurub.

Vasif Durarbəyli, Nicat Məmmədov, Abdulla Qədimbəyli, Aydın Süleymanlı, Gülnar Məmmədova heç-heçə oynayıb. Məhəmməd Muradlı və Xanım Balacayeva yarışa məğlubiyyətlə başlayıb.

Dünya Kuboku

1/128 final

Qədir Hüseynov - Rupeş Yasval (Hindistan) 1-0
Rauf Məmmədov - Juo Lim (Malayziya) 1-0
Nicat Abasov - Makoto Rodvell (Zimbabve) 1-0
Eltac Səfərli - Roberto Sançes (Panama) 1-0
Bobbi Çenq (Avstraliya) - Misrəddin İskəndərov 0-1
Vüqar Əsədli - Min Le (Vyetnam) 1-0
Vasif Durarbəyli - Leonel Fiquredo (Meksika) 0,5-0,5
Nicat Məmmədov - İvan Şitko (Moldova) 0,5-0,5
Şamsiddin Voxidov (Özbəkistan)- Abdulla Qədimbəyli 0,5-0,5
Aydın Süleymanlı - Yunqlyun Syu (Çin) 0,5-0,5
Bardiya Daneşvar (Hindistan) - Məhəmməd Muradlı 1-0

Dünya Kuboku, qadınlar

1/64 final

Ülviyyə Fətəliyeva - Vyanla Punsalan (Yeni Zelandiya) 1-0
Marina Qayçin (Serbiya) - Gövhər Beydullayeva 0-1
Xanım Balacayeva - Qyanin Qonq (Sinqapur) 0-1
Gülnar Məmmədova - Ti Nquen (Vyetnam) 0,5-0,5

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.