Kanada millisinin futbolçusu Kristin Sinkler qadınlararası dünya çempionatında tarixə düşüb.
Milli.Az report-a istinadən xəbər verir ki, 40 yaşlı hücumçu yeddi mundialda iştirak edən ilk oyunçu adına sahib çıxıb.
Təcrübəli oyunçu Yeni Zelandiyada təşkil olunan yarışda Nigeriya ilə qolsuz heç-heçə etdikləri matça start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Kristin Sinkler 2000-ci ildən Kanada yığmasında çıxış edir. O, 300-dən çox beynəlxalq qarşılaşmada meydanda olub.
Milli.Az