"Çelsi" komandasının yeni baş məşqçisi məlum olub.
Milli.Az Matc.az-a istinadən xəbər verir ki, baş məşqçi postu Maurisio Poçettinoya tapşırılıb.
Argentinalı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.
Poçettino son olaraq 2021/2022 mövsümündə Fransanın PSJ komandasını çalışdırıb. O, London klubunda Frenk Lempardı əvəz edib.
Milli.Az