İdman

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri keçiriləcək - FOTO

7 Aprel 2023 17:54
Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri keçiriləcək. Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirlə bağlı aprelin 7-də püşkatma mərasimi keçirilib. 

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı, Azərbaycanın bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, eləcə də ölkəmizdə minifutbolun inkişafı və Beynəlxalq Minifutbol Turniri barədə fikirlərini bölüşüb, yarışda iştirak edəcək komandalara uğurlar arzu ediblər.

Həmçinin tədbirdə Ümummilli Lider Heydər Əliyevin idmana diqqət və qayğısından bəhs edən film nümayiş olunub.

Sonra turnirin püşkatması keçirilib. Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və AFFA-nın baş katibi Sərxan Hacıyev püşkatmada iştirak ediblər. 

Turnir 1-6 may tarixlərində Bakı Tennis Akademiyasında keçiriləcək. Yarışda Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna, Serbiya, Gürcüstan, Çexiya, İtaliya, Fransa və Cənubi Afrika Respublikasından 10 komanda mübarizə aparacaq. Turnirdə ölkəmizi minifutbol üzrə Azərbaycan millisi təmsil edəcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.