İdman

“Mançester Yunayted” tarixinin ən ciddi məğlubiyyətini təkrarlayıb

5 Mart 2023 23:50
Baxış: 1 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Premyer Liqanın 25-ci turunda "Liverpul" doğma meydanda "Mançester Yunayted"i 7:0 hesabı ilə məğlub edib.

Milli.Az APA-ya istinadən bildirir ki, görüş "Enfild" stadionunda baş tutub. Qolları Kodi Qakpo (43-cü və 50-ci dəqiqə), Darvin Nunes (47, 75), Məhəmməd Salah (66, 83), Roberto Firmino (88) vurub.

Daha əvvəl eyni hesabla "Blekbern" (1926), "Aston Villa" (1930) və "Vulverhempton"a (1931) məğlub olan "Mançester Yunayted" tarixində dördüncü dəfə 0:7 hesabı ilə məğlub olub. Bu nəticə klub tarixində ən böyük hesablı məğlubiyyətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.