İdman

Pikenin yeni sevgilisi təzyiqlərə dözmədi: Xəstəxanaya yerləşdirildi - FOTO

1 Fevral 2023 20:20
Baxış: 1 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pikenin yeni sevgilisi Klara Çia media tərəfindən özünə qarşı olan təzyiqlərə dözə bilməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Şakiranın da təsiri ilə medianın onunla bağlı paylaşımlarına tab gətirə bilməyən Klara psixoloji sarsıntı keçirib və xəstəxanaya yerləşdirilib.

Çianın Barselonada yerləşən Quironsalud xəstəxanasında müalicə aldığı məlum olub.

23 yaşlı Çia Pike ilə münasibəti üzə çıxdıqdan sonra medianın diqqət mərkəzində olub.

Pike bu yaxınlarda ilk dəfə "Instagram" hesabında Çia ilə şəklini paylaşdıqdan sonra isə sosial mediada bununla bağlı ağır şərhlər verilib. Çia, hətta bir çox insan tərəfindən təhqir olunub.

Bu təzyiqləri həzm edə bilməyən gənc qadın psixoloji sarsıntı keçirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.