İdman

DÇ-2022: Niderland - Argentina oyununun baş hakimi üçün mundial bitib

12 Dekabr 2022 15:30
Baxış: 1 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Niderland - Argentina oyununun baş hakimi Mateus Laos üçün mundial bitib.

Milli.Az "report"a istinadən bildirir ki, buna səbəb kimi 2:2 hesabı ilə başa çatan və Cənubi Amerika təmsilçisinin penaltilər seriyasında (4:3) qalib gəldiyi görüşdə ispaniyalı referinin zəif idarəçiliyi göstərilib.

Matçda 17 dəfə sarı vərəqəyə əl atmaqla diqqət çəkən Laosun qərarları futbolçular arasındakı gərginliyə yol açdığı üçün FIFA Hakimlər Komitəsi ona yarımfinalda, eyni zamanda 3-cü yer uğrunda görüşdə və final oyununda təyinat verməmək qərarına gəlib.

Qeyd edək ki, FIFA adıçəkilən qarşılaşmanın ardından futbolçuların intizamsız davranışına görə Argentina Futbol Assosiasiyasına, eləcə də baş hakimin ünvanına tənqidi fikirlər səsləndirdiyi üçün cənubi amerikalıların oyunçuları Lionel Messi və Emiliano Martinesə qarşı iş açıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.