İdman

Tarixdə 3-cü

29 Noyabr 2022 23:16
Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DÇ-2022-də Seneqal yığması Ekvadora 2:1 hesabı ilə qalib gələrək tarixində ikinci dəfə 1/8 finala yüksəlib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Teranqa aslanları" belə uğuru iki və daha çox yaşayan 3-cü Afrika təmsilçisi tarixə düşüb.

Daha əvvəl Nigeriya (1994, 1998, 2014) və Qana milliləri (2006, 2010) buna nail olmuşdu.

Seneqal 2002-ci ildə keçirilən mundialda 1/4 finala qədər irəliləyib. Burada onların qarşısını İlhan Mansızın "qızıl qolu" ilə Türkiyə seçməsi kəsib. Hazırda afrikalıların baş məşqçisi olan Aliu Sisse o zaman yığmada futbolçu kimi çıxış edib.

Ekvadorla görüşdə seneqallıların qələbə qolunu vuran Kalidu Kulibali isə yığmasının mundialda qol vuran ən yaşlı oyunçusu olub. O, bunu 31 yaş 162 günlüyündə bacarıb. Maraqlıdır ki, bu qol Kulibalinin milli komandada ilk qoludur.

Qeyd edək ki, Seneqal yığması 1/8 finalda B qrupunun qalibi ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.