İdman

Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

17 Sentyabr 2022 09:16
Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın daha 3 sərbəst güləşçisi bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov 1/8 final mərhələsində Reza Ahmadali Atreqanarçi (İran) / Beşir Alili (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

65 kq-da çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev eyni raundda Beka Lomtadze (Gürcüstan) / Aqustin Destribats (Argentina) duelinin güclüsü ilə, 97 kq-dakı Maqomedxan Maqomedov Nişan Randhava (Kanada) / Erik Tilye (Almaniya) cütünün qalibi ilə görüşəcək.

Bu gün həmçinin 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda qarşılaşmada Yuşanq Bi (Çin) / Radoslav Martsinkeviç (Polşa) qarşılaşmasının güclüsü ilə döşək üzərinə çıxacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.