İdman

“Neftçi”nin növbəti rəqibi dəqiqləşdi

28 İyul 2022 23:44
0 Şərh     Baxış: 1 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi"nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan vitse-çempionu Avstriyanın "Rapid" klubu ilə görüşəcək.

Vyana təmsilçisi II təsnifat mərhələsində Polşa "Lexiya"sını mübarizədən kənarlaşdırıb. Evdə qolsuz sülhlə kifayətlənən "Rapid" rəqib meydanında vurulan iki qolla qalib gəlib. Polşalılar bu toplardan yalnız birinin əvəzini çıxa bilib - 1:2.

III təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də baş tutacaq. İlk matç Bakıda baş tutacaq.

Qeyd edək ki, "Neftçi" iki oyunun nəticəsində Kipr "Aris"ini mübarizədən kənarlaşdırıb - 0:2, 3:0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.