İdman

FIFA Ekvadoru dünya çempionatından kənarlaşdırır

9 İyun 2022 12:15
0 Şərh     Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

FIFA iyunun 10-da Ekvador yığmasının 2022-ci il dünya çempionatından kənarlaşdırılması barədə qərarını açıqlaya bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, ali futbol qurumu artıq Ekvadorun DÇ-2022-də iştirak etməyəcəyi, onun yerinin isə Çiliyə verilməsi barədə qərar qəbul edib.

Daha əvvəl bildirilib ki, Çili millisinin vəkili Eduardo Karpetso, müdafiəçi Bayron Kastilyonun kolumbiyalı olduğu üçün Ekvador yığmasında oynaya bilməyəcəyinə dair sübutlara malikdir. Vəkilin əldə etdiyi doğum haqqında şəhadətnamədə Kastilyonun Ekvadorda deyil, 1988-ci ildə Kolumbiyanın Tumako şəhərində doğulduğu göstərilib.

Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.