İdman

Tanınmış türkiyəli mütəxəssis "Qalatasaray"ın baş məşqçisi olur

5 İyun 2022 20:19
0 Şərh     Baxış: 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubu komandanın "sükanı arxasına" yeni mütəxəssis gətirməyə hazırlaşır.

Milli.Az offsideplus.az-a istinadla xəbər verir ki, söhbət Okan Burukdan gedir. İstanbul təmsilçisi 48 yaşlı mütəxəssislə danışıqlar aparır.

Buruk özünün verdiyi açıqlamada da "sarı-qırmızılılar"ın baş məşqçi postuna keçə biləcəyini deyib: "mənim üçün baş məşqçilik işi adına ən uyğun yer "Qalatasaray"dır. Hər şey danışıqlardan asılıdır".

Qeyd edək ki, mütəxəssisin son iş yeri "Başakşəhər" klubu olub. "Qalatasaray"ı isə hazırda Domenek Torrent çalışdırır.

Maraq üçün diqqətinizə çatdıraq ki, Okan Burukun adı bir müddət əvvəl Azərbaycan milli komandası ilə yanaşı hallanırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.