İdman

Üç futbolçu Azərbaycan millisindən qovulub

4 İyun 2022 14:15
0 Şərh     Baxış: 1 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Milli.Az report-a istinadən xəbər verir ki, üç futbolçu - Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") heyətdən kənarlaşdırılıb. Onlar nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçi Miloş Velebitin qərarı ilə yığmadan qovulublar.

Əvəzində "Qəbələ" klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub.

Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.